NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Zelenski: Türkiyə siyasətinin gücünə və onun Moskva tərəfindən nəzərə alınacağına güvənirəm

...

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə siyasətinin gücünə və onun Moskva tərəfindən nəzərə alınacağına güvəndiyini deyib.
"Şərq qapısı" xəbər verir ki, bunu Ukrayna Prezidenti Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə keçirilən brifinqdə deyib.
V.Zelenski qeyd edib ki, müharibə sona çatmalıdır.
"Rusiya bunun məsuliyyətini anlamalıdır. Bu məsələdə Türkiyə ilə eyni baxış bucağımız var. Türkiyəyə bütün dəstəklərinə görə minnətdaram", - o vurğulayıb.
Ukrayna lideri, həmçinin müdafiə sənayesi üzrə ortaq istehsal üzrə layihələrdən də danışıb. Bildirib ki, bu istiqamətdə Türkiyə Prezidenti ilə ikitərəfli görüşdə müzakirələr aparıb.
"Ortaq istehsal layihələri və siyasi müstəvidəki əməkdaşlığımızı da müzakirə etdik", - deyə o bildirib.

Nəşr edilib : 19.11.2025 19:58