NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Zelenski: Ukraynanın amerikalı və avropalı tərəfdaşlarının dəstəyinə ehtiyacı var

...

“Biz bu müharibənin, Rusiyanın dayandırılmasını istəyirik”.

"Şərq qapısı"nın məlumatına görə, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüş zamanı deyib. O bildirib ki, Ukraynanın amerikalı və avropalı tərəfdaşlarının dəstəyinə ehtiyacı var.

“Biz güclü insanlar olduğumuzu göstərdik və bu müharibəni dayandırmaq, bunu diplomatik yolla bitirmək üçün Birləşmiş Ştatların - Prezident Trampın şəxsi yardım ideyasını dəstəklədik. Biz Prezidentin dediyi kimi, üçtərəfli görüşə hazırıq. Bu üçtərəfli görüş fikri yaxşıdır”, - deyə Zelenski əlavə edib.

Nəşr edilib : 18.08.2025 22:28