NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Zəngəzur dəhlizi üzrə görülən işlər və Ağbənd-Kəlalə körpüsünün inşası prosesi ilə tanışlıq olub

...

Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvləri Zəngəzur dəhlizində avtomobil yolunun və dəmir yolu xəttinin, eyni zamanda, Araz çayı üzərində tikilən Ağbənd-Kəlalə körpüsünün inşası prosesi ilə tanış olublar.

"Şərq qapısı" xəbər verir ki, tanışlıq zamanı bu nəqliyyat qovşaqlarının regionda nəqliyyat əlaqələrinin yaradılmasında xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb. Həmçinin ərazidə gömrük xidmətinin təşkili və bu istiqamətdə aparılan işlər nəzərdən keçirilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən yerində müvafiq brifinqlər verilib.

Nəşr edilib : 18.11.2025 20:06