İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə ba...
11:01 27.11.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Musiqi Kollecinin birgə təşkilatçılığı ilə kollecdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanunvericilikdən irəli gələn vəzifələr və sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin zərərli vərdişlərə aludəçiliyinin profilaktikası” mövzusunda tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə çıxış edənlər “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanunundan və müvafiq fərmanlardan irəli gələn vəzifələri diqqətə çatdırıblar. Tütündən istifadənin insan sağlamlığına və ətraf mühitə zərərli təsirləri, bu istiqamətdə maarifləndirmə və profilaktik tədbirlərin əhəmiyyəti vurğulanıb.
Həmçinin ictimai yerlərdə, təhsil, tibb və sosial xidmət müəssisələrində, ictimai iaşə obyektlərində, nəqliyyat vasitələrində və iş yerlərində tütün istifadəsinə dair qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi bildirilib. Yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışının, eləcə də tütün məhsullarının reklamı və təşviqinin qarşısının alınmasının əhəmiyyəti qeyd olunub.
Digər xəbərlər