NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar qanvermə aksiyası keçirilib

...

Naxçıvan Muxtar Respublikasında uşaqların sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü  ilə əlaqədar hemofiliyalı, talassemiyalı və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək məqsədilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə qanvermə aksiyası keçirilib.
“Şərq qapısı” xəbər verir ki, aksiyada Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları iştirak ediblər. Könüllü donorlar qanvermədən əvvəl tibbi müayinədən keçiriliblər.
Aksiya zamanı hemofiliyalı, talassemiyalı və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün, ümumilikdə, 13 litr qan toplanılıb.
Qeyd edək ki, qanvermə aksiyasının əsas məqsədi muxtar respublikada yaşayan, irsi qan xəstəliklərindən əziyyət çəkən sağlamlıq imkanları məhdud uşaqlara yardım göstərmək, onlara dəstək olmaqdır.

Nəşr edilib : 22.05.2026 15:16