NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

...

Bütöv Vətənin xoşbəxt uşaqları

Uşaqlar hər evin, hər ailənin bəzəyi, yaraşığı, hər bir dövlətin, millətin sabahı, gələcəyidirlər. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması istiqamətində aparılan dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərimiz daim uşaqlara böyük qayğı və sevgi ilə yanaşır, onların lazımi səviyyədə yetişməsi, təhsil alması üçün məqsədyönlü tədbirlər həyata keçirirdi. Gələcəyimizi etibar edəcəyimiz uşaqların təlim-tərbiyəsi ilə məşğul olan müəssisələrin yaradılmasını diqqət mərkəzində saxlayırdı. 
“Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə millətimizin, dövlətimizin taleyi bundan asılı olacaq. Mən həyatımın bu gününü, gələcəyini, xoşbəxtliyini, səadətini məhz uşaqlara diqqət və qayğıda görürəm”, – deyən görkəmli dövlət xadiminin müəyyən etdiyi vəzifələr bu gün dövlət başçısı tərəfindən uğurla davam etdirir. 
Muxtar respublikamızda da bu siyasət uğurla həyata keçirilir, uşaqların əlverişli sosial mühitdə böyüməsi diqqətdə saxlanılır, təlim-tərbiyəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm, məqsədyönlü tədbirlər həyata keçirilir. Elə bütün bunların nəticəsidir ki, bu gün azərbaycanlı uşaqların səsi yüksək tribunalardan gəlir. Onların qazandığı müvəffəqiyyət hər kəsi sevindirir. 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə onlardan bir neçəsi ilə həmsöhbət olduq. 

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə qəzetimizin qonağı olan bu uşaqlar bütöv, qalib Vətənimizin azad səması altında böyüyən övladlarımızdan bir neçəsidir. Onlar qələbənin şahidi, bu əmanətin gələcək qoruyucuları, bütöv Vətənin başı üzərində dalğalanan şanlı zəfər bayrağını gələcəkdə daha da yüksək zirvələrdə dalğalandıracaq davamçılardırlar.

“Şərq qapısı”

Nəşr edilib : 01.06.2026 00:00