Ən böyük memar – Heydər Əliyev
09:35 08.06.2026
0
0
1
NAXÇIVAN :
08 Iyun 2026, Bazar ertəsi
2026-cı ilin yanvar-aprel aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 514 milyon 179 min 300 manat olmuşdur ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur. Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 1088,1 manat olmuşdur.
***
Cari ilin yanvar-aprel aylarında muxtar respublikada 178 milyon 272 min 100 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2025-ci ilin müvafiq dövründəki göstəricidən 13,9 faiz çoxdur. Sənaye məhsulunun 152 milyon 237 min 700 manatı və ya 85,4 faizi malların, 26 milyon 34 min 400 manatı və ya 14,6 faizi isə xidmətlərin payına düşmüşdür.
Sənaye məhsulunun 80,9 faizi emal, 17,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
***
2026-cı ilin yanvar-aprel aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 60 milyon 892 min 900 manat investisiya yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 23,1 faiz çoxdur.
İstifadə olunmuş investisiyanın 21 milyon 513 min 800 manatı və ya 35,3 faizi məhsul istehsalı sahələrinə, 10 milyon 596 min 100 manatı və ya 17,4 faizi xidmət sahələrinə, 28 milyon 783 min manatı və ya 47,3 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala investisiya qoyuluşunun 52 milyon 191 min 100 manatı və ya 85,7 faizi, bilavasitə, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 62,2 faiz çoxdur.
***
Cari ilin yanvar-aprel aylarında muxtar respublikada 63 milyon 433 min 500 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bunun da 4 milyon 430 min 700 manatı bitkiçilik sahəsi üzrə, 59 milyon 2 min 800 manatı isə heyvandarlıq sahəsi üzrə olmuşdur. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,5 faiz artmışdır.
***
2026-cı ilin yanvar-aprel aylarında muxtar respublikada nəqliyyat sektorunda 2 milyon 272 min 500 ton yük, 15 milyon 174 min 500 sərnişin daşınmışdır. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,1 faiz, sərnişin daşınması isə 0,9 faiz artmışdır.
***
Cari ilin yanvar-aprel aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 61,7 faiz azalaraq 5 milyon 189 min 500 manat olmuşdur. Xidmətlərin 32 faizi qeyri-dövlət sektorunda formalaşmışdır.
***
2026-cı ilin yanvar-aprel aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 492 milyon 511 min 700 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur. Ticarət şəbəkəsində 254 milyon 136 min manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 238 milyon 375 min 700 manatlıq qeyri-qida məhsulları satılmışdır.
***
Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 47,3 faiz artaraq 2026-cı il aprel ayının 1-də milli valyuta ekvivalentində 41 milyon 421 min 800 manat təşkil etmişdir. Əmanətlərin 94 faizi milli, 6 faizi xarici valyutada qoyulmuş, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 47,7 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 40,4 faiz artmışdır.
***
Cari ilin yanvar-aprel aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 47 milyon 119 min 220 ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 4 milyon 515 min 980 dollarını və ya 9,6 faizini ixrac olunmuş məhsulların, 42 milyon 603 min 240 dollarını və ya 90,4 faizini isə idxal məhsullarının dəyəri təşkil etmişdir. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 18,4 faiz, o cümlədən idxal 16,9 faiz, ixrac isə 35,5 faiz artmışdır.
***
2026-cı ilin yanvar-aprel aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 70 milyon 784 min 900 manat olmuşdur ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz azalmışdır.
***
2026-cı ilin yanvar-mart aylarında muxtar respublikada orta aylıq nominal əməkhaqqı 835,4 manat olmuşdur ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çoxdur.
***
1 aprel 2026-cı il tarixə muxtar respublikada əhalinin sayı 2025-ci ilin müvafiq dövrünə nisbətən 1310 nəfər və ya 0,3 faiz artaraq 472575 nəfər olmuşdur.
Digər xəbərlər