FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəti...
22:04 07.06.2026
0
0
0
Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kollecinin “Sevincin İnciləri” qanunçalanlar ansamblının 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert proqramı keçirilib.
“Şərq qapısı” xəbər verir ki, Heydər Əliyev Sarayında təşkil olunan tədbir Azərbaycan Respublikasının və beynəlxalq müsabiqələrin Qran-pri mükafatçısı, Prezident mükafatçısı Sevinc Babayevanın bədii rəhbərliyi ilə baş tutub. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konsertdə milli və xarici musiqilərdən ibarət rəngarəng repertuar təqdim olunub. Ansambl tərəfindən “Zəngəzur”, “Vətən”, “Can qardaşı”, “Mərd adam”, “Naxçıvanım”, “Türkün qartalları”, “Bella Ciao” və Azərbaycan xalq mahnısı “Nərgilə” kimi əsərlər səsləndirilib.
Tədbir Elçin Cəfərovun “O tay, bu tay Azərbaycan” mahnısının 75 nəfərlik kollektiv tərəfindən birgə ifası ilə yekunlaşıb. Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Digər xəbərlər