MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının ...
18:15 16.05.2025
0
0
0
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Muxtar Məmmədovun dayısı qızı Tərlan Xəlilova deyib: "Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qeyrətli oğlanlarımız vətəni qorudular, torpağı qorudular, Allah qəni-qəni hamısına rəhmət eləsin. Bütün şəhid analarına başsağlığı verirəm, bütün şəhid ailələrinə Allah səbir, dözüm versin. Dövlətimiz sağ olsun ki, 31 illik həsrətimizi aradan götürdü. İllərdir ki, gözümüz yollardadır. Şəhidlik uca bir məqamdır, ancaq gözü yolda qalmaq çox çətin idi. Ata, ana – hər ikisi də həsrətə dözə bilmədi, vəfat etdilər. Şükürlər olsun ki, bizim gözümüz yollardan yığıldı, sağ olsunlar, var olsunlar səbəbkarların hər biri. Allah dövlətimizin bayrağını daim uca eləsin, qeyrətli oğullarımız var olsun. Torpaq uğrunda canlarından keçən şəhidlərimizə Allah rəhmət eləsin".
Digər xəbərlər