Ceyhun Bayramov İstanbula səfər edib
09:10 08.06.2026
0
0
0
Bakı-Tbilisi-Qars (BTQ) layihəsi Türkiyə, Azərbaycan və Gürcüstanın ortaq iradəsi ilə həyata keçirilib. Bu, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edən layihədir.
"Şərq qapısı" xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu BTQ dəmir yolunun açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, layihənin başa çatdırılması üçün güclü iş birliyi ortaya qoyulub.
"BTQ yalnız regional deyil, qlobal miqyasda strateji əhəmiyyət daşıyır. Türkiyə bu xəttin inkişafı üçün addımlarını qətiyyətlə davam etdirəcək", - deyə nazir əlavə edib.
O, həmçinin Azərbaycan və Gürcüstan tərəfinə layihənin reallaşmasındakı roluna görə minnətdarlıq edib.
Digər xəbərlər