NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

ADSEA: Hazırda Xocavənd rayonu üzrə 367 abonentə xidmət göstərilir

...

Xocavənd şəhərinin su təchizatı çay məcrasından (Qaradağlı kəndi) uzunluğu 9 kilometr olan su kəməri ilə özüaxımlı rejimdə şəhərdə yerləşən su anbarlarına nəql olunur. Şəhər relyefinə görə 3 zonaya bölünüb və hər bir zona üzrə su anbarı mövcuddur. Su şəbəkəsi polietilen borulardan ibarətdir. Hazırda Xocavənd rayonu üzrə 367 abonentə xidmət göstərilir.

Bu barədə  Azərbaycan Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Hadrut qəsəbəsinin su təminatı isə mövcud suqəbuledici qurğu və qəsəbədaxili 2 ədəd subartezian quyusundan həyata keçirilir. Magistral su kəmərinin diametri 219 millimetr, uzunluğu 5,5 kilometr təşkil edir.

Nəşr edilib : 03.06.2026 12:51