Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyi üçün ...
12:07 08.06.2026
0
0
0
Yazın çiçək rayihəli günlərində hər kəsin yolunu saldığı Heydər Əliyev Mədəniyyət və İstirahət Parkı bizim də üz tutduğumuz məkanlardan biri oldu. Günəş batdıqdan sonra parkda yanan işıqlar, attraksionlardan yüksələn uşaq səsləri və ailələrin səmimi söhbətləri burada xüsusi ab-hava yaradır. Naxçıvan sakinlərinin “Şəhərcik” adlandırdığı bu məkanda bizi qarşılayan yeni qurğular isə xüsusilə uşaqların sevincinə səbəb olur.
Rəngarəng işıqlarla bəzədilən ərazi axşam saatlarında daha canlı görünür. Buraya gələnlər üçün park təkcə istirahət məkanı deyil, həm də ailəvi vaxt keçirmək üçün rahat ünvan hesab olunur.
Attraksionların ətrafında yaranan canlanma uşaqların sevincini daha da artırır. Kimisi avtomobil attraksionlarında yarışır, kimisi yelləncəklərdə əylənir, bəziləri isə dondurma və şirniyyat köşklərinin önündə dayanaraq yaz axşamının xoş anlarını yaşayır.
Parka gələn şəhər sakinləri də burada yaradılan şəraitdən məmnun olduqlarını bildirirlər. Onların sözlərinə görə, ən çox axşam saatlarında park həm uşaqların əyləncəsi, həm də ailələrin rahat istirahəti üçün əlverişli məkana çevrilir.
Skamyalarda əyləşən yaşlı insanlar, gəzintiyə çıxan ailələr və attraksionlardan yüksələn gülüş səsləri parkın axşam mənzərəsini tamamlayır. Ətrafdakı işıqlandırma və səliqəli mühit isə burada istirahət edənlərdə xoş təəssürat yaradır.
Günün yorğunluğunu geridə qoymaq, ailəsi ilə vaxt keçirmək və uşaqların sevincini bölüşmək istəyənlər üçün Heydər Əliyev Mədəniyyət və İstirahət Parkı bu il də şəhərin ən canlı ünvanlarından biri olaraq qalır.
Zəhra VƏLİYEVA
Digər xəbərlər