NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

AMEA prezidenti: Azərbaycan dilinin qrammatikasının morfologiya bölməsinə dair kitab ilin sonunadək çap ediləcək

...

AMEA-da Azərbaycan dilinin qrammatikasına dair elmi səviyyədə leksika, fonetika və sintaksis bölmələri çap olunub. Morfologiya bölməsinin də ilin sonunadək çap edilməsi nəzərdə tutulur.

"Şərq qapısı" xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Ana dili: kimlik və gələcək” mövzusunda gənclərin iştirakı ilə keçirilən respublika konfransında söyləyib. O bildirib ki, bu iş Azərbaycan dilinin saflığının qorunmasına göstərilən elmi dəstəyin mühüm ifadəsi olacaq.

Nəşr edilib : 25.05.2026 11:00