NAXÇIVAN :

16 May 2025, Cümə

"Anam onun həsrətinə dayana bilmədi"

...

"31 ildir, qardaşımın yolunu gözləyirik, gözümüz hər zaman onu axtarırdı".
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Birinci Qarabağ müharibəsinin şəhidi Muxtar Məmmədovun bacısı Zərgül Məmmədova deyib. O bildirib ki, 31 ildən sonra qardaşı artıq gəldi: "Anam onun həsrətinə dayana bilmədi. 3 il sonra anam öldü, atama hərə bir söz deyirdi ki, oğlun sağdır. Atam pensiyasını yığırdı ki, oğlunu qurtaracaq. 31 il sonra gözümüz yoldan yığıldı, ən azından ona sevinirəm ki, gəlib ağlaya biləcəyim artıq bir məzarı var. Dövlətimiz sağ olsun, qardaşım Vətən üçün həlak oldu, Vətən üçün həyatını verdi. Amma sevinirəm ki, qardaşımın bir məzarı oldu. Gəlib orada qardaşımla danışıb gedəcəm. Onun üçün necə darıxdığımı danışacam".

Nəşr edilib : 16.05.2025 13:06