NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

ANAMA: 57 mina və 378 digər partlayıcı sursat zərərsizləşdirilib

...

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən mayın 11-17-də icra edilən əməliyyatlara dair məlumatı açıqlayıb.

ANAMA-dan bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən piyadaəleyhinə 32, tankəleyhinə 25 mina və 378 digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmin müddətdə 1266,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib.

Nəşr edilib : 18.05.2026 14:07