NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Arzum Şuşada “Qarabağ şikəstəsi”ni səsləndirməkdir

...

Müsahibimiz musiqi sənətinə kiçik yaşlarından könül verən Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin və 2 nömrəli Uşaq Musiqi və İncəsənət məktəbinin şagirdi Namiq Vəliyevdir. 
O, 18 iyul 2014-cü ildə Naxçıvan şəhərində anadan olub. Musiqiyə və xanəndəliyə marağı 5 yaşından başlayıb. İlk dəfə səhnədə Bəhram Nəsibovun “Qarabağ” mahnısını ifa edib və o gündən musiqi həyatının ayrılmaz hissəsinə çevrilib. Namiq deyir ki, musiqiyə sevgisi ailəsindən gəlir: “Hazırda əsas diqqətimi xanəndəliyə yönəldirəm. Bununla yanaşı, piano sənətini də öyrənirəm. Musiqi və İncəsənət Məktəbində də təhsil alıram. Vaxtımı düzgün planlaşdırmağa çalışıram, həm dərslərimə, həm də musiqiyə  zaman ayırıram. Müxtəlif tədbirlərdə çıxış etmiş, fərqli diplom və fəxri fərmanlarla təltif olunmuşam. Ən son olaraq Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş muxtar respublika müsabiqəsində I yerə layiq görülərək diplomla təltif olunmuşam. Solo konsertim də baş tutub. Səhnəyə çıxanda həm həyəcan, həm də böyük sevinc hiss edirəm. Tamaşaçıların alqışları isə mənə daha çox motivasiya verir.”

Günay HACIYEVA

Nəşr edilib : 01.06.2026 21:39