NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Astana və Vaşinqton Orta Dəhlizin inkişafını nəzərdən keçirib

...

Qazaxıstan və ABŞ Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafını müzakirə edib.
“Şərq qapısı” Qazaxıstanın Energetika Nazirliyinə istinadla xəbər verir ki, bu məsələ Bakı Enerji Forumu çərçivəsində Qazaxıstanın energetika naziri Erlan Akkenjenov ilə ABŞ Dövlət katibinin iqtisadiyyat, energetika və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr arasında keçirilən görüşdə müzakirə olunub.
ABŞ tərəfinin fikrincə, əlavə logistika potensialının inkişafı ölkənin enerji siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır. Bununla əlaqədar ixrac tədarüklərinin etibarlılığının təmin edilməsində əsas amil kimi nəqliyyat-logistika infrastrukturunun inkişafı məsələlərinə xüsusi diqqət yetirilib.
Erlan Akkenjenov vurğulayıb ki, Qazaxıstan dünya bazarları üçün enerji resurslarının etibarlı və məsuliyyətli tədarükçüsü olaraq qalır və energetika, infrastruktur, eləcə də dayanıqlı təchizat zəncirləri sahəsində ABŞ ilə əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır.

Nəşr edilib : 01.06.2026 22:52