MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının ...
18:15 16.05.2025
0
0
0
Avropa Şurasının (AŞ) baş katibi Alen Berse yaxın zamanda Azərbaycan və Ermənistan rəhbərliyi ilə sülh sazişi məsələsi ilə bağlı danışıqlar aparmağı planlaşdırır.
"Şərq qapısı" xəbər verir ki, o, bunu Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Avropa Şurası Cənubi Qafqazda vəziyyətin inkişafını izləyir.
Berse hər iki ölkə ilə fəal şəkildə əlaqə saxladığını və bu yaxınlarda Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü xatırladıb.
"Bakı və İrəvan arasında sülh danışıqları böyük əhəmiyyət kəsb edir. Gələn ay həm Ermənistan, həm də Azərbaycanla danışıqlar aparmağı planlaşdırıram. Regionda davamlı sabitlik üçün ən yaxşı həllərə nail olmaq məqsədilə birlikdə işləməliyik", - o qeyd edib.
Digər xəbərlər