NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Avtomobil yolunda cari təmir işləri icra olunur

...

Naxçıvan-Ordubad magistral avtomobil yolu istiqamətində cari təmir işləri icra olunur.
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”
publik hüquqi şəxsin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, tərtib olunmuş qrafikə uyğun olaraq həyata keçirilən tədbirlər çərçivəsində yolların müəyyən hissələrində deformasiyaya uğramış köhnə asfalt-beton örtüyü xüsusi texnika vasitəsilə frezlənərək ərazidən kənarlaşdırılır.

Görülən təmir-bərpa işləri nəticəsində yolun hərəkət hissəsindəki mövcud problemlər tam aradan qaldırılır, nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkəti təmin edilir.

İşlərin tez bir zamanda yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Nəşr edilib : 25.05.2026 17:56