NAXÇIVAN :

30 Iyun 2025, Bazar ertəsi

Azad edilmiş ərazilərdə daha 103 mina, 524 PHS aşkarlanıb

...

Azad olunan ərazilərdə iyunun 23-dən 29-na qədər 18 tank əleyhinə mina, 85 piyada əleyhinə mina, 524 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1350.8 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Nəşr edilib : 30.06.2025 11:38