NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Azərbaycan-Almaniya Biznes Şurası yaradılacaq

...

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZPROMO-dan  bildirilib ki, görüşdə Azərbaycanın investisiya mühiti, regional bağlantılar və nəqliyyat-logistika potensialı barədə məlumat verilib.

Tərəflər yaşıl enerji, sənaye və texnologiya transferi üzrə Azərbaycan və Almaniya şirkətləri arasında əməkdaşlıq perspektivlərini yüksək qiymətləndiriblər. Bu çərçivədə Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması imkanı müzakirə olunub. Qeyd edilib ki, belə bir platforma iki ölkənin sahibkarları arasında müntəzəm dialoqun təşkili, qarşılıqlı məlumat mübadiləsi və ortaq təşəbbüslərin reallaşdırılması baxımından faydalı ola bilər.

Bununla yanaşı, investisiya imkanlarının təqdimatı və Azərbaycan-Almaniya işgüzar tərəfdaşlığının gücləndirilməsi məqsədilə Almaniya tərəfi iyunun 16-19-da Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçiriləcək Özəl Sektor Forumuna və sentybarın 25-26-da təşkil olunması planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna dəvət edilib.

Nəşr edilib : 05.06.2026 11:53