NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Azərbaycan Dünya Bankı ilə kibertəhlükəsizlik və süni intellektlə bağlı yol xəritəsi hazırlayacaq

...

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
“Şərq qapısı” nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, görüş zamanı LRT (yüngül relsli nəqliyyat) layihəsi, Orta Dəhlizin potensialının artırılması, eləcə də gəmiçilik sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Eyni zamanda telekommunikasiya, rəqəmsallaşma, kibertəhlükəsizlik və süni intellekt sahələrini əhatə edən yol xəritəsinin hazırlanması üzrə razılıq əldə edilib.

Nəşr edilib : 19.05.2026 19:23