NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Azərbaycan ilə Afrika arasında ticarət dövriyyəsi 2025-ci ildə 580 milyon ABŞ dollarına çatıb

...

Son üç ildə Azərbaycan ilə Afrika arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb. 2020-ci ildə 4,3 milyon ABŞ dolları olan göstərici 2025-ci ildə 580 milyon ABŞ dollarına çatıb. Bu ciddi artım iqtisadi tərəfdaşlığımızın geniş potensiala malik olduğunu nümayiş etdirir.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransda söyləyib.

O bildirib ki, Azərbaycan hər zaman Afrikanın xüsusi rolunu tanıyıb və bu istiqamətdə əməkdaşlığın inkişafını dəstəkləyib.

Nəşr edilib : 25.05.2026 10:19