"Ümummilli Lider Heydər Əliyevin yolu ilə sağlamlı...
20:41 09.05.2025
0
0
0
NAXÇIVAN :
09 May 2025, Cümə
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı ilə Naxçıvan şəhərindəki "Saat Meydanı"nda “BOOKFEST Naxçıvan kitab sərgisi 2025” start götürdü. Yazarların, şairlərin və nəşriyyatların iştirak etdiyi sərgidə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Tahir Tahiroviç də var. Kitab sərgisi ilə bağlı təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşən Tahir Tahiroviç qeyd etdi ki: "Kinematomatoqrafçılar da bir növ yazı adamıdır. Mən özüm kinorejissoram, amma kino sahəsində də yazmaq işi hər zaman ön planda olur, çünki kino sahəsinin təməlini də yaxşı yazılmış ssenarilər təşkil edir. Ssenari bir kitab olmasa da, bitəndən sonra bir kitaba çevrilir. Həvəskar yazıçı kimi "Altun" nəşriyyat mənim kitabımı çap etdi. Bundan əlavə, mən həm də dörd ildir ki, “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin fəxri üzvüyəm. Buna görə də Azərbaycanın müxtəlif bölgələrində keçirilən kitab sərgilərinə öz kinofilmlərimlə qatılmışam. Kitab festivalları həm də bir ünsiyyət formasıdır. Çox sevindirici haldır ki, bu cür dəyərli kitab sərgisi yenidən Azərbaycanın tarixi bölgələrindən biri olan Naxçıvan torpağında keçirilir. Mənim fikrimcə, bu cür kitab sərgiləri ildə ən azı iki dəfə baş tutmalıdır. Bu kitab festivalı təkcə uşaqlar üçün deyil, yetkinlik yaşına çatmış gənclər üçün də bir oxu bəhanəsi olmalıdır. Ümid edirəm ki, gələcəkdə yenidən bu cür sərgilərdə daha tez-tez görüşəciyik".
Rafiq TƏHMƏZ
Digər xəbərlər