NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Azərbaycanda siqh tarixi araşdırılacaq

...

Regionda, o cümlədən Bakıda və Atəşgah məbədində siqh səyyahlarının, tacirlərinin və din xadimlərinin mövcudluğuna dair tarixi mənbələrin, elmi materialların və mədəni sübutların birgə araşdırılması nəzərdə tutulur.

"Şərq qapısı" xəbər verir ki, bu Bakı Təşəbbüs Qrupu ilə Beynəlxalq Siqh Federasiyası arasında imzalanmış Anlaşma Memorandumunda öz əksini tapıb.

Memoranduma əsasən, bu əməkdaşlıq elmi dialoqun yaradılmasına, obyektiv araşdırmaların aparılmasına, mədəni anlaşmaya və tarixi yaddaşın qorunmasına xidmət edəcək.

Nəşr edilib : 03.06.2026 14:42