NAXÇIVAN :

09 May 2025, Cümə

Azərbaycanla Vyetnam arasında informasiya texnologiyaları, rəqəmsallaşma və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub

...

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda səfərdə olan Vyetnam Sosialist Respublikasının elm və texnologiya naziri Nguyen Manh Hung ilə görüşüb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə nazir Rəşad Nəbiyev bildirib.
“Ölkələrimiz arasında İT, rəqəmsallaşma, texnologiyalar və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik.
Eyni zamanda Vyetnamın İT şirkətlərinin gələcəkdə Azərbaycanda fəaliyyət göstərməsi barədə fikir mübadiləsi apardıq”, - deyə nazir əlavə edib.

Nəşr edilib : 09.05.2025 12:29