Adil Karaismayıloğlu: Türkiyə WUF13-də urbanizasiy...
13:28 08.06.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Babək rayon Yarımca kəndində fəaliyyət göstərən Ələkbərov Səbuhi Cabbar oğluna məxsus çörək emalı müəssisəsində aparılan planlı yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib.
Agentlikdən "Şərq qapısı"na bildirilib ki, müəssisədə dezinfeksiya işlərinin aparılmadığı, divarların hamar və dezinfeksiyaedici maddələrin təsirinə davamlı səthə malik olmadığı, qida ilə təmasda olan alət və avadanlıqların təmiz saxlanılmadığı, tavan səthinin tamlığının pozulduğu, xammalın xarab olma və çirklənmədən mühafizə ediləcək tərzdə və şəraitdə saxlanması üçün xüsusi anbarın olmadığı müəyyən edilib.
Nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib olunub. Bu kimi halların baş verməməsi məqsədilə agentlik tərəfindən mütəmadi olaraq bütün qida obyektlərində dəfələrlə maarifləndirilmə aparılıb və müvafiq göstərişlər verilib. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcək.
Digər xəbərlər