FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəti...
22:04 07.06.2026
0
0
0
NAXÇIVAN :
08 Iyun 2026, Bazar ertəsi
İstedadlı, əzmkar və gələcəyi parlaq uşaqlardan biri də 13 yaşı olan Mövlan Seyidovdur. Kiçik yaşlarından idmana, xüsusilə də döyüş sənətlərinə böyük maraqgöstərən Mövlan qısa müddət ərzində əldə etdiyi mühüm nailiyyətlərlə həm məşqçilərinin, həm də idman ictimaiyyətinin diqqətini cəlb etməyi bacarıb. İdmana hobbi kimi yox, həyat tərzi kimi yanaşan gənc idmançı, iştirak etdiyi hər bir yarışda yüksək texniki bacarıq, daxili intizam və sonsuz əzmkarlıq nümayiş etdirir. Yaşının az olmasına baxmayaraq, rinqdə göstərdiyi yetkinlik onun gələcəkdə böyük çempion olacağından xəbər verir.
Mövlan Seyidovun idman karyerasının ilkin səhifələri artıq qızıl hərflərlə yazılmağa başlayıb. O, paytaxtda keçirilən Bakı şəhər birinciliyində yüksək əzmkarlıq göstərərək üçüncü yerə layiq görülüb və medalçılar sırasına daxil olub. Ölkə hüdudlarından kənarda da gücünü sübut edən Mövlan Türkiyədə təşkil olunan beynəlxalq yarışda kəmər döyüşünün mütləq qalibi adını qazanıb. Eyni zamanda Naxçıvanda baş tutan turnirdə isə öz çəki dərəcəsində bütün rəqiblərini tam üstünlüklə geridə qoyaraq fəxri kürsünün birinci pilləsinə qalxıb. Mövlan, həmçinin “Şuşa kuboku” və “Xocalı kuboku” kimi nüfuzlu turnirlərdə ardıcıl qələbələr qazanıb. Onun qazandığı bu çoxsaylı nailiyyətlər, eyni zamanda Azərbaycanda böyüməkdə olan yeni nəslin idmana, sağlam həyat tərzinə olan kütləvi marağının göstəricisidir. Daim öz üzərində çalışan, asudə vaxtını idmana həsr edən və verilən tapşırıqlara maksimum məsuliyyətlə yanaşan Mövlan qarşısına böyük hədəflər qoyub. Məqsədi gələcəkdə Avropa, dünya çempionatlarında və olimpiya oyunlarında Azərbaycanı layiqincə təmsil etməkdir.
Elnurə CƏFƏROVA
Digər xəbərlər