NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək

...

Mayın 27–31-də olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 195 satış nöqtəsi (o cümlədən 4 bank üzrə 10 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi (o cümlədən 2 satış nöqtəsi 24 saat rejimində olmaqla) məntəqəsi müştərilərə xidmət göstərəcək.

Bayram günlərində iş qrafiki:

Banklar - https://uploads.cbar.az/press-releases/643c5203b83d38a8824187101.pdf

“Azərpoçt” MMC - https://uploads.cbar.az/press-releases/7135b81c7fc9ce9f237b85faa.pdf

Valyuta mübadilə məntəqələri - https://uploads.cbar.az/press-releases/69353a8481e92121cd006a4c3.pdf

Nəşr edilib : 26.05.2026 12:54