NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Bayramın ilk günündə “Əshabi-kəhf” ziyarətgahına insan axını – FOTOLENT

...

Qurban bayramında insanların "Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə axını müşahidə olunur.
"Şərq qapısı" xəbər verir ki, ziyarətgah bu il də Naxçıvan Muxtar Respublikasına gələn yerli və xarici turistlərin ən çox ziyarət etdikləri məkanlar sırasında önə çıxıb.
Qeyd edək ki, dəniz səviyyəsindən 1665 metr yüksəklikdə yerləşən ziyarətgah Culfa rayonundakı Haçadağ və Nəhəcir dağları arasındakı ərazidə yerləşir. Ümummilli Lider Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə kompleksdə abadlıq-bərpa işləri aparılıb. "Əshabi-kəhf" ziyarətgahında "Yeddi kimsənə”, "Cənnət bağı", ziyarətgahda yerləşən məscid, "Qara daş”, "Damcıxana” insanların daha çox ziyarət etdiyi məkanlardandır.

Nəşr edilib : 27.05.2026 13:56