NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Bilyard birinciliyinin qalibi bəlli olub

...

23-24 may tarixlərdə bilyard üzrə (qarışıq piramida) muxtar respublika birinciliyi keçirilib. "Şərq qapısı" xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan yarış Naxçıvan şəhərində yerləşən “Uğur" bilyard salonunda reallaşıb. Birincilikdə 32 iştirakçı mükafatlar uğrunda mübarizə aparıb.

İki gün davam edən maraqlı idman mübarizəsinin sonunda Əli Həsənov yarışın qalibi olmaqla baş mükafata – kuboka layiq görülüb. Rinad Əliyev ikinci, Nahid Hüseynov və Əyyub Balabəyli isə üçüncü yerin sahibi olublar. İlk üç yerin sahiblərinə diplom və medallar təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin “Uğur” bilyard salonu ilə birgə təşkil etdiyi yarış regionda bilyard idman növünün inkişafı, oyunçular arasında təcrübə artımı və rəqabət mühitinin gücləndirilməsi məqsədinə xidmət edib.

Nəşr edilib : 25.05.2026 12:11