FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəti...
22:04 07.06.2026
0
0
0
Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə ölkə üzrə, o cümlədən Naxçıvan Muxtar Respublikasında IV siniflər üçün monitorinq keçirilir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən “Şərq qapısı”na bildirilib ki, Naxçıvan Muxtar Respublikasında monitorinq 17 mərkəzdə təşkil olunub. Monitorinqdə muxtar respublikanın ümumi təhsil müəssisələrindən 4300-dən artıq şagird iştirak edir.
Monitorinqin əsas məqsədi şagird nailiyyətlərinin yaxşılaşdırılması, onların müvafiq standartlar üzrə bilik və bacarıqlarının səviyyəsinin müəyyən edilməsi, həmçinin tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.
Qeyd edək ki, bu il ilk dəfə olaraq monitorinq tapşırıqlarına açıq tipli suallar da daxil edilib.
Digər xəbərlər