FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəti...
22:04 07.06.2026
0
0
0
Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə ölkə üzrə, o cümlədən Naxçıvan Muxtar Respublikasında Vl siniflər üçün monitorinq keçirilib.
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında monitorinq 17 mərkəzdə təşkil olunub. Monitorinqdə muxtar respublikanın ümumi təhsil müəssisələrindən 5 minə yaxın şagird iştirak edib.
Monitorinqin əsas məqsədi şagird nailiyyətlərinin yaxşılaşdırılması, onların müvafiq standartlar üzrə bilik və bacarıqlarının səviyyəsinin müəyyən edilməsi, həmçinin tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.
Qeyd edək ki, bu il ilk dəfə olaraq monitorinq tapşırıqlarına açıq tipli suallar da daxil edilib.
️
Digər xəbərlər