NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

COP29 sədrliyinin nümayəndələri Efiopiyada iqlim sammitində iştirak edəcəklər

...

COP29 sədrliyinin nümayəndələri İkinci Afrika İqlim Həftəsində (ACW2) və İkinci Afrika İqlim Sammitində (ACS2) iştirak etmək üçün Əddis-Abebaya (Efiopiya) gediblər.

"Şərq qapısı" xəbər verir ki, bu barədə COP29-un "X" hesabında məlumat verilib.

"Sədrlik bütün istiqamətlərdə fəaliyyəti sürətləndirmək və Afrika ölkələrinə dəstək məqsədilə COP29-da qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün hökumət, vətəndaş cəmiyyəti və özəl sektordan olan liderlərlə qoşulacaq", - məlumatda qeyd olunub.

Nəşr edilib : 03.09.2025 14:10