NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

...

Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat Mərkəzin saytı vasitəsilə 11–14 iyun tarixlərində aparılacaq.

Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahan qrafikinə əsasən əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə iyunun 16-da keçiriləcək.

Doktoranturaya qəbul olmaq istəyən namizəd və doktoranturada oxuyan iddiaçıların danışıq bloku imtahanı 17 – 19 iyun tarixlərində keçiriləcək. Danışıq bloku üzrə qiymətləndirilmə şifahi formada kompüter proqramı vasitəsilə aparılır.

İyunun 25-də isə imtahanın dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı blokları keçiriləcək.

Nəşr edilib : 04.06.2026 10:24