NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Dövlət müəssisələrinin bazar davranışlarının tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb

...

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin birinci müavini Cəfər Babayev ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Fiskal məsələlər departamentinin baş iqtisadçısı Nino Tçelişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Agentliyindən bildirilib ki, görüş çərçivəsində dövlət müəssisələrinin bazar fəaliyyətlərinin rəqabət mühitinə təsirinin qiymətləndirilməsi, bu istiqamətdə agentlik tərəfindən həyata keçirilən analitik və nəzarət xarakterli fəaliyyətlər, habelə qarşıdakı dövr üzrə prioritetlər barədə məlumat verilib.

Görüşdə dövlət müəssisələri və təbii inhisar subyektlərinin bazar davranışlarının Rəqabət Məcəlləsi çərçivəsində tənzimlənməsi, onların fəaliyyətinin bazarda rəqabət neytrallığına və sağlam rəqabət mühitinə təsiri, eləcə də bu sahədə görülən işlər və planlaşdırılan əlavə tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 08.05.2026 16:33