NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb

...

Dubayda dünyanın ən hündür tikilisi olan “Bürc-Xəlifə” qülləsi 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rənglərinə bürünüb.
"Şərq qapısı" xəbər verir ki, son illərdə artıq ənənə halını alan bu möhtəşəm hadisə bu il də dünyanın ən hündür binasında təkrarlanıb.
Bayrağımızın məşhur qüllənin üzərində əks olunması ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki diplomatik missiyalarının təşəbbüsü və təşkilatçılığı ilə reallaşıb.

Nəşr edilib : 28.05.2026 21:52