NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

“EFES-2026” təlimində gəminin ələ keçirilməsi tapşırığı uğurla icra edilib

...

Türkiyədə keçirilən “EFES-2026” çoxmillətli birgə təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, əməliyyat planına uyğun olaraq, iştirakçı ölkələrin hava-desant bölmələri şərti düşmən gəmisinin ələ keçirilməsi tapşırığını icra ediblər.

Hücum helikopterləri ilə hədəfə yaxınlaşan qruplar qısa müddət ərzində gəminin göyərtəsinə eniş həyata keçiriblər.

Yüksək peşəkarlıq və koordinasiya ilə icra edilən əməliyyat nəticəsində gəmi tam nəzarətə götürülüb, ekipaj üzvləri zərərsizləşdirilib və təhlükəsizlik tədbirləri təmin edilib.

Nəşr edilib : 18.05.2026 17:46