FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəti...
22:04 07.06.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və ekokönüllülərin iştirakı ilə növbəti təmizlik aksiyası həyata keçirilib.
"Şərq qapısı" xəbər verir ki, aksiya zamanı Heydər Əliyev su anbarının ətraf əraziləri məişət tullantılarından təmizlənib, ümumilikdə, 85 kiloqram tullantı toplanaraq ərazidən uzaqlaşdırılıb.
Aksiyada nazirliyin əməkdaşları və gənclər fəal iştirak ediblər.
Mütəmadi təşkil olunan ekoloji aksiyaların əsas məqsədi ətraf mühitin qorunmasına ictimai diqqəti artırmaq, insanlarda təbiətə qarşı məsuliyyət hissini gücləndirmək, ərazilərin tullantılarla çirkləndirilməsinin qarşısını almaq və təmiz ətraf mühitin qorunmasına töhfə verməkdir.
Digər xəbərlər