NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Elbrus İsayev: "Qərbi Azərbaycana qayıdış" festival-konqresin rəsmi saytı yaradılıb

...

“Qərbi Azərbaycana qayıdış” festival-konqresinə hazırlıq mərhələsində Əsasnamə hazırlanıb, Elmi komitə, Təşkilat komitəsi formalaşdırılıb və festival-konqresin rəsmi saytı yaradılıb. Festival-konqresdə əslən Qərbi Azərbaycandan olan vətəndaşlar, respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin müəllim və tələbələri, eyni zamanda Qərbi Azərbaycan İcmasının, Azərbaycan Respublikasının, eləcə də qardaş Türkiyə Cümhuriyyətinin elm-təhsil müəssisələrinin heyətləri təmsil olunacaqlar". 

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev III "Qərbi Azərbaycana qayıdış" festival-konqresi ilə bağlı media üçün brifinqdə deyib.

Rektor qeyd edib ki, konqresdə Azərbaycan və ölkəmizdən kənarda bir sıra aparıcı universitetlərin rektorları, millət vəkilləri, akademiklər, incəsənət xadimləri, dövlət və hökumət nümayəndələrinin iştirakı gözlənilir. “Qərbi Azərbaycana qayıdış” festival-konqresi müddətində müxtəlif mövzularda mühazirələr və ustad dərslərinin, dəyirmi masaların, film və kitab təqdimatlarının keçirilməsi planlaşdırılır. 
      
"Festival-konqres çərçivəsində rəsmi elektron poçt üzərindən daxil olan məqalə və tezislər rəyçilərin yoxlanışından sonra məruzə və nəşr üçün qəbul ediləcək. Konqresdə iştirak yalnız üz-üzə təşkil olunacaq.  “Qərbi Azərbaycana qayıdış” elmi konfransı 8 istiqamət üzrə keçiriləcək", – deyə Elbrus İsayev əlavə edib.

Nəşr edilib : 15.05.2026 10:31