FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəti...
22:04 07.06.2026
0
0
0
İyunun 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
"Şərq qapısı" xəbər verir ki, tərəflər Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə yanaşı, regional məsələləri müzakirə ediblər.
Türkiyə Prezidenti bildirib ki, Ankara və İrəvan arasında normallaşma prosesi birbaşa ticarətin başlanması istiqamətində atılan addımlarla davam etdirilir.
Prezident Ərdoğan Türkiyənin bölgədə sülh və sabitlik üçün səy göstərdiyini və bu istiqamətdə atılan addımları hər zaman dəstəkləyəcəyini vurğulayıb.
Baş nazir Paşinyan öz növbəsində Türkiyə Prezidentinə keçmiş Qurban bayramı münasibətilə təbriklərini çatdırıb.
Digər xəbərlər