NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

“Gənc İstedadların Dram Dünyası” müsabiqəsinin qalibləri mükafatlandırılıb

...

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Gənc İstedadların Dram Dünyası” teatr müsabiqəsi başa çatıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə 68 komandanın tərkibində 646 məktəbli iştirak edib.
İyunun 8-də keçirilən mükafatlandırma mərasimində çıxış edən rəsmilər müsabiqənin məktəblilərin yaradıcılıq potensialının üzə çıxarılması, teatr sənətinə marağın artırılması və milli-mənəvi dəyərlərin təbliği baxımından əhəmiyyətini vurğulayıblar.
Münsiflər heyətinin çıxışlarından sonra qaliblər mükafatlandırılıb. "Naxçıvan" komandası birinci, "Şahbuz" və "Ordubad" komandaları isə ikinci və üçüncü yerlərə layiq görülərək diplom, fəxri fərman, kubok və hədiyyələrlə təltif olunublar.
Tədbirin sonunda qalib komanda görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin “Pirverdinin xoruzu” əsəri əsasında hazırlanan tamaşanı nümayiş etdirib.
Müsabiqənin əsas məqsədi məktəblilərin teatr sənətinə marağını artırmaq, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, vətənpərvərlik ruhunu gücləndirmək və nitq, səhnə davranışı, ünsiyyət bacarıqlarının formalaşmasına dəstək vermək olub.

Nəşr edilib : 08.06.2026 17:02