FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəti...
22:04 07.06.2026
0
0
0
Bu il Naxçıvan Muxtar Respublikası ərazisində yağıntıların keçən illə müqayisədə daha bol olması su ehtiyatlarına, ümumilikdə, müsbət təsir göstərib.
Xüsusilə qış və yaz aylarında düşən intensiv yağışlar və qar örtüyünün daha zəngin olması çaylarda axımın artmasına, su anbarlarının doluluq səviyyəsinin yüksəlməsinə səbəb olub. Nəticədə, regionda su ehtiyatlarının formalaşması ötən illə müqayisədə daha əlverişli şəraitdə baş verib.
"Şərq qapısı" xəbər verir ki, yağıntıların artması su anbarlarında yığılan suyun həcminin yüksəlməsinə də əhəmiyyətli dərəcədə təsir edib. Belə ki, hazırda su anbarlarında toplanan ümumi su ehtiyatı 276 milyon 830 min kubmetr təşkil edir. Ötən ilin müvafiq dövründə isə bu göstərici 192 milyon 80 min kubmetr olub ki, bu da cari ildə su ehtiyatlarının nəzərə çarpacaq dərəcədə artdığını göstərir.
Ümumilikdə, bu il yağıntıların çox olması muxtar respublikada su anbarlarının doluluğuna müsbət təsir göstərib, suvarma təminatının daha yaxşı səviyyədə təşkil olunacağına dair gözləntiləri artırıb.
Hazırda Arpaçay su anbarında 149 milyon 230 min kubmetr, Heydər Əliyev su anbarında 90 milyon 220 min kubmetr, Bənəniyar su anbarında 17 milyon 350 min kubmetr, Uzunoba su anbarında isə 6 milyon 820 min kubmetr su vardır.
Digər xəbərlər