FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəti...
22:04 07.06.2026
0
0
0
Naxçıvan Qarnizonu tam orta məktəbinin V sinif şagirdi İlqar Bayraməliyev gələcək arzularından böyük həvəslə danışdı.
O bildirdi ki, məktəbin ictimai həyatında və müxtəlif tədbirlərdə iştirak etməyi çox sevir. Onun üçün məktəb yalnız təhsil məkanı deyil, həm də dostluqların, arzuların və ilk uğurların formalaşdığı bir dünyadır. Riyaziyyat fənninə olan marağını xüsusi vurğulayaraq qeyd etdi ki, bu sevginin yaranmasında onun müəlliminin rolu böyükdür. Deyir ki, müəllimin hər dərsi sadə və maraqlı şəkildə izah etməsi fənnə olan sevgisini daha da artırıb. Şagird müxtəlif bilik yarışları və olimpiadalarda iştirak etdiyini, bu yarışlarda qazandığı təcrübənin ona həm özünəinam, həm də daha çox çalışma həvəsi verdiyini bildirdi. O, “Lütfizadə” adına olimpiadanın final mərhələsinə vəsiqə qazanmasını həyatında önəmli bir addım kimi dəyərləndirir və gələcəkdə də belə yarışlarda iştirak edərək daha böyük uğurlar əldə etmək istədiyini söylədi. İlqar gələcək arzularından da danışaraq həkim olmaq istədiyini bildirdi. Onun sözlərinə görə, insanlara kömək etmək, onların sağlamlığına fayda vermək ən böyük arzularından biridir. Bu məqsədə çatmaq üçün daha çox çalışdığını və hər gün özünü inkişaf etdirməyə səy göstərdiyini qeyd etdi.
Zəhra VƏLİYEVA
Digər xəbərlər