NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Heydər Əliyevin doğum gününə həsr olunmuş şahmat turnirinin qalibləri bəlli olub

...

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən silsilə idman tədbirləri keçirilir. 
"Şərq qapısı" xəbər verir ki, bu münasibətlə təşkil olunmuş şahmat üzrə muxtar respublika birinciliyi mayın 8-də başa çatıb. 
Naxçıvan Şahmat Mərkəzində keçirilən yarışda ikigünlük mübarizənin ardından mükafatçılar bəlli olub. Qadınlar və kişilər kateqoriyaları üzrə ilk üç yerin sahiblərinə diplom  və medallar, həvəsləndirici yer sahiblərinə isə fəxri fərman təqdim olunub. 
Ümumilikdə, 60 şahmatçının iştirak etdiyi və İsveçrə sistemi üzrə 7 turdan ibarət yarışda qadınlar arasında Nigar Qənbərli (4 xal), kişilərdə isə Hüseyn Qənbərli (6,5 xal) birinci yerə sahib çıxıblar. Nağı Əsgərli (6 xal) və Zümrüd Ələkbərli (4 xal) ikinci olublar. Rüstəm Hüseynovla (6 xal) Xanım Rzayeva (3,5 xal) yarışı üçüncü sırada tamamlayıblar.

Nəşr edilib : 08.05.2026 15:59