Azərbaycan BƏƏ ilə sənaye tərəfdaşlığının inkişafı...
14:57 13.06.2025
0
0
0
NAXÇIVAN :
13 Iyun 2025, Cümə
Hindistanda qəzaya uğrayan “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin göyərtəsində olan 242 nəfərin hamısı həlak olub.
"Şərq qapısı" xəbər verir ki, bu barədə “Ntws 18” telekanalı məlumat yayıb.
Həlak olanlar arasında 10 ekipaj üzvü və bort bələdçiləri var.
Təyyarənin göyərtəsində 169 hindistanlı, 53 Böyük Britaniya vətəndaşı, 7 portuqaliyalı və bir kanadalı sərnişin olub.
İlkin məlumatlara görə, hava gəmisi quşla toqquşub və uçuş üçün optimal sürətə çata bilməyib.
15:11
Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 133 nəfərə çatıb.
“Şərq qapısı” xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.
Xarici KİV-in məlumatına görə, yerli polis təyyarənin həkimlər üçün yataqxana binasının üzərinə düşdüyünü bildirib.
Hindistanda baş verən təyyarə qəzasında ölən və yaralılarla bağlı hələlik rəsmi məlumat yoxdur.
14:04
"Şərq qapısı" xəbər verir ki, qəzaya uğrayan geniş gövdəli “Boeing 787 Dreamliner” təyyarəsi təxminən 300 sərnişin tutumuna malik olub.
Xilasetmə işlərini həyata keçirmək üçün qəza yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşınları göndərilib.
13:16
Hindistanın qərbində yerləşən Əhmədabad şəhərinin hava limanı yaxınlığında “Air India” aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb.
"Şərq qapısı" xəbər verir ki, “News18” telekanalının məlumatına görə, Londona uçan AI-171 reysinin göyərtəsində 242 sərnişin olub. Təyyarə havaya qalxdıqdan az sonra Meqaninaqar rayonunda yaşayış massivinə düşüb.
Şahidlərin sözlərinə görə, hazırda qəza yerindən qatı tüstü qalxır. Ölənlər və xəsarət alanlar barədə məlumat yoxdur.
13.03
Hindistanda sərnişin təyyarəsi qəzaya uğrayıb.
"Şərq qapısı" xəbər verir ki, hadisə ölkənin Əhmədabad şəhəri yaxınlığında baş verib.
Təyyarə yerli vaxtla saat 13:38-də havaya qalxıb və havaya qalxdıqdan 5 dəqiqə sonra hava limanı yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin qəzaya uğramasından sonra Əhmədabad hava limanı bağlanıb.
İlkin məlumata görə, təyyarənin göyərtəsində 200-dən çox sərnişin olub.
Digər xəbərlər