Naxçıvanda “BOOKFEST Naxçıvan kitab sərgisi 2025” ...
18:43 09.05.2025
0
0
0
NAXÇIVAN :
09 May 2025, Cümə
İstər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ döyüşlərində igidlik və mübarizliyi xalqından miras alan oğullarımız Vətənimizin milli ləyaqətini öz canlarından, qanlarından üstün tutdular, əsl hünər, qorxmazlıq və cəsarət nümayiş etdirdilər, bəziləri şəhidlik zirvəsinə ucaldılar, bəziləri evlərinə qazi kimi qayıtdılar. Belə döyüşçülərdən biri də Birinci Qarabağ döyüşlərində şəhid olan Milli Qəhrəman Yusif Mirzəyevdir.
Belə bir deyim var ki, torpaq yalnız qanla qarışanda Vətən olur, Vətən qoxur! Yusif Mirzəyev və onun kimi yüzlərlə igid oğullarımız sayəsində bu gün artıq torpaqlarımızda öz sahiblərinin qurub-yaratdıqlarını görürük. Daha dəqiq desək, qədim Qarabağ torpağına həyat yenidən qayıdıb. Bu yurd yerində Yusif və onun kimi igidlərin ruhu dolaşır, onlar minnətdarlıqla xatırlanırlar.
Yusif Mirzəyev 1958-ci il may ayının 23-də indiki Böyükdüz kəndində dünyaya göz açmışdı. 20 Yanvar faciəsindən sonra həbs edilərək ağır işgəncələrə məruz qalan Yusif Mirzəyev həbsdən sonra könüllü olaraq döyüşlərə qatılmışdı.
Birinci Qarabağ müharibəsinin əsas qəhrəmanlarından biri olan Yusif Mirzəyev Goranboy, Ağdərə istiqamətlərində döyüşlərdə iştirak edir. O, cəmi 14 nəfərlik dəstəsi ilə bir çox əməliyyata qatılır, Ağdərənin 17 kəndinin işğaldan azad edilməsində fəallıq göstərir.
1993-cü il fevralın 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində Yusif Mirzəyev əsgərlərimizi mühasirədən çıxararkən şəhid olur. Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 27 mart tarixli Fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Onu da qeyd edək ki, tanınmış sənətçilər Şahin Musaoğlunun bəstələdiyi və Şəmistan Əlizamanlının ifasında populyarlıq qazanan məşhur “İgid əsgər, möhkəm dayan” mahnısı Yusif Mirzəyevə həsr olunub.
Bülbül QULİYEVA
Digər xəbərlər