FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəti...
22:04 07.06.2026
0
0
0
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında ən yüksək nəticəni Ordubad rayonunun Aşağı Əylis kənd tam orta məktəbinin cari il məzunu Ayxan Babazadə göstərib. O, buraxılış imtahanında 300 bal toplayaraq respublika üzrə maksimum nəticəyə imza atıb.
“Şərq qapısı” qəzeti olaraq Ayxan Babazadə ilə həmsöhbət olduq, onun uğur hekayəsini və təəssüratlarını dinlədik.
Ayxan əldə etdiyi nəticənin onun üçün böyük sevinc və qürur hissi yaratdığını bildirib: “Bu nəticə mənim üçün böyük uğurdur. Uzun müddət əziyyət çəkmişdim və zəhmətimin bəhrəsini görmək məni çox sevindirdi. Müəllimlərimin və ailəmin dəstəyi bu yolda mənə əlavə motivasiya verdi”.
Digər xəbərlər