NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

İsa Həbibbəyli: Son 10 ildə Toponimiya Komissiyası tərəfindən 50-dən çox yaşayış məntəqəsinin adı milli yaddaşa uyğunlaşdırılıb

...

Toponimlərin bərpası istiqamətində ardıcıl işlər aparılır. Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyası yer adları ilə bağlı yeni qərarlar qəbul edir.

"Şərq qapısı" xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Ana dili: kimlik və gələcək” mövzusunda gənclərin iştirakı ilə keçirilən respublika konfransında deyib.

Akademik bildirib ki, saxtalaşdırılmış Azərbaycan toponimlərinin bərpası prosesi davam etdirilir. Onun sözlərinə görə, yaxın vaxtlarda Quba rayonunda üç kəndin adı Toponimiya Komissiyasında dəyişdirilib: “Qubanın Vladimirovka kəndinin sakinləri Milli Məclisə müraciət edərək kəndin “Elbir” adlandırılmasını təklif etdilər. Bu ad həm el birliyini ifadə edir, həm də dilimizə yeni bir neologizmin daxil olması baxımından əhəmiyyətlidir. Vaxtilə Alekseyevka, Nikolayevka kimi kənd adları, həmçinin bolşevik ideologiyasını əks etdirən toponimlər mövcud olub. Son 10 ildə Toponimiya Komissiyası tərəfindən 50-dən çox belə yaşayış məntəqəsinin adı dəyişdirilərək tarixi və milli yaddaşa uyğunlaşdırılıb”.

Nəşr edilib : 25.05.2026 11:02