NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Kamran Həbibov: Ölkəmiz regionun ən vacib nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

...

Bu gün ölkəmiz regionun ən vacib nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətlərinin Assosiasiyası İdarə Heyətinin sədri Kamran Həbibov 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda deyib.

O bilririb ki, son illərdə dünyada baş verən geosiyasi və iqtisadi dəyişikliklər göstərir ki, etibarlı, təhlükəsiz və dayanıqlı nəqliyyat marşrutlarının əhəmiyyəti getdikcə artır.

“Bu baxımdan Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz beynəlxalq yükdaşımaların həyata keçirilməsində mühüm rol oynayır. Bu platforma yeni tərəfdaşlıq qurmaq, təcrübə mübadiləsi aparmaq üçün böyük imkanlar yaradır. Düşünürəm ki, bu gün qurulan əlaqələr gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradacaq”, - deyə K.Həbibov qeyd edib.

Nəşr edilib : 03.06.2026 12:49